Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub – 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb.İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb – 0:4.Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsdan 6:1 hesabı ilə üstün olub. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub – 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabı ilə məğlub olub. Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib – 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib – 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib.Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə “tuşe” ilə qalib gələn M.Maqomedov dünya üçüncüsü olub.Beləliklə, sərbəst güləş millimiz DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…