Futzal üzrə Yüksək Liqada 2022-2023-cü il mövsümünə start veriləcək

26 Sentyabr 2022 15:14

Xəbər 419 dəfə oxunub

Bu gün futzal üzrə Yüksək Liqada 2022-2023-cü il mövsümünə start veriləcək.Turun açılış matçında sonuncu mövsümün pley-off mərhələsində iştirak etmiş komandalar – “Baku Fire” və “Neftçi” qarşılaşacaqlar. Mərkəzi görüş həm də “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Daha sonra “Araz-Naxçıvan” – “Alyans Lənkəran” və U-19 – “Record” görüşləri təşkil olunacaq.xeber100.com