UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunun son görüşündə

25 Sentyabr 2022 15:17

Xəbər 273 dəfə oxunub

Futbol üzrə Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.Millimiz UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunda son görüşündə Qazaxıstan seçməsini qəbul edib.”Dalğa Arena”da oynanılan matçda Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Filip Ozobiç və Ozan Can Kökcü yer alıblar.Qazaxıstan seçməsinin heyətində meydana İqor Şatski, Nuralı Alip, İslambek Kuat, Abılayxan Jumabek, Aslan Darabayev, Elxan Astanov, Baqdat Kairov, Timur Dosmaqambetov, Ramazan Orazov, Marat Bıstrov və Aleksandr Maroçkin çıxıblar.Matçın 35-ci dəqiqəsində Qazaxıstan millisi azlıqda qalıb. Nuralı Alip yığmamızın üzvü Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Komandaların cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb.Yığmamız ikinci hissəyə daha fəal başlayıb. Görüşün 65-ci dəqiqəsində Mahir Emreli hesabı açmağa yaxın olsa da, qapıçı İqor Şatski yaxşı oynayıb. Oyunda hesab 67-ci dəqiqədə açılıb. Belə ki, qazaxıstanlı futbolçu Aleksandr Maroçkin avtoqol müəllifi olub. Matçın 74-cü dəqiqəsində millimizin üzvü Filip Ozobiç baxımlı qola imza atıb. Qarşılaşmanın 83-cü dəqiqəsində Filip Ozobiçin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. Oyunda son qolu 90+1-ci dəqiqədə Anatoli Nuriyev vurub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.Beləliklə, görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Hesabında 10 xal olan Azərbaycan millisi qrup ikinci pillədə başa vurub. On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Qrupda yer alan Slovakiya 7 xalla üçüncü, Belarus isə 3 xalla sonuncu – dördüncü olub.Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstan millisinə qalib gəlməyi bacarıb. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələmişdi.

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02