Dünya Güləş Birliyi (UWW) “Paris-2024” üçün təsnifat reqlamentini açıqlayıb.Tokio Olimpiadasında olduğu kimi, qarşıdan gələn Olimpiya Oyunlarında da 18 (6 sərbəst, 6 yunan-Roma, 6 qadın güləşi) çəkidə 288 idmançı çıxış edəcək. Hər kateqoriyada 16 güləşçi mübarizə aparacaq.Yenə hər ölkənin idmançıları üçün 3 lisenziya turniri Olimpiadaya vəsiqə qazanmaq şansı verəcək. 2023-cü ilin sentyabrın 16-dən 2024-cü ilin mayın 12-dək – 8 aylıq müddətdə 288 lisenziya sahibini tapacaq.İlk lisenziya yarışı gələn ilin sentyabrında keçiriləcək dünya çempionatı olacaq. Bu dəfə fərq ondadır ki, hər olimpiya çəkisində 6 yox, 5 idmançı “Paris-2024”də iştirak hüququ əldə edəcək. Medal qazanan idmançılarla yanaşı, bürünc medal görüşündə məğlub olan 2 güləşçi arasında keçiriləcək qarşılaşmanın qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.2024-cü ildə isə əvvəlcə hər qitə üzrə təsnifat turnirlərinin finalçıları Olimpiadada yerini təmin edəcək. Sonuncu lisenziya yarışı mayda baş tutacaq. Dünya Təsnifat turnirində hər çəkidə 3 idmançı “Paris-2024”ə bilet əldə edəcək. Finalçılarla yanaşı, 3-cü yer uğrunda görüşün qalibi lisenziya qazanacaq. Bununla da Olimpiya Oyunlarının bütün iştirakçıları müəyyənləşəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…