Azərbaycan milli komandası sonuncu yoldaşlıq oyununu keçirib

30 Sentyabr 2022 15:52

Xəbər 319 dəfə oxunub

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş qarşılaşma 0:0 hesabı ilə başa çatıb.Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.xeber100.com