Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirdə

6 Oktyabr 2022 15:27

Xəbər 327 dəfə oxunub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirdə yarımfinal oyunları keçirilib.İlk qarşılaşma “NTD BK” – “AAAF Xırdalan BK” komandaları arasında keçirilib. Xırdalan basketbolçuları rəqibinə 80-65 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.İkinci görüşdə isə “Gəncə BK” komandası “Zirvə Astara BK” basketbolçularına 114-76 hesabı ilə qalib gələrək turnirin ikinci finalçısı olub.Qeyd edək ki, oktyabrın 6-da turnirin final və 3-cü yer uğrunda oyunları keçiriləcək.Finalda “Gəncə BK” – “AAAF Xırdalan”, 3-cü yer uğrunda görüşdə isə “NTD BK” – “Zirvə Astara BK” komandaları üz-üzə gələcəklər.xeber100.com