“Yuventus” və “İnter” klublarının sabiq futbolçusu karyerasını başa vurub

6 Oktyabr 2022 15:30

Xəbər 352 dəfə oxunub

İtaliyanın “Yuventus” və “İnter” klublarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub.Qanalı müdafiəçi 34 yaşında futbolla vidalaşıb.A Seriyasında 279 oyun keçirmiş veteran futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.Kvadvo Asamoa 2012-2018-ci illərdə “Yuventus”un, 2018-2020-ci illərdə isə “İnter”in formasını geyinib. “Udineze”də də oynamış futbolçunun son komandası İtaliyanın “Kalyari” klubu olub. O, Qana yığmasında da 74 oyuna 4 qol vurub.xeber100.com