FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

6 Oktyabr 2022 15:35

Xəbər 424 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.AFFA-nın saytı xəbər verir ki, avqust ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.Siyahıya 1841 xalla Braziliya millisi başçılıq edir. Belçika millisi 1816 xalla ikinci, Argentina 1773 xalla üçüncüdür.Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq.xeber100.com