Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

7 Oktyabr 2022 10:54

Xəbər 446 dəfə oxunub

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.Görüşü baş hakim Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcək.Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib – 3:0.Dünya çempionatının seçmə mərhələsi oktyabrın 7-si saat 20:00 Bakı İdman Sarayında başlayacaq.xeber100.com