Avropa şahmat klub kuboku yarışı davam edir

5 Oktyabr 2022 15:42

Xəbər 447 dəfə oxunub

Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku yarışı davam edir.Oktyabrın 4-də ikinci turun oyunları keçirilib.Ölkəmizi təmsil edən kişi şahmatçılardan ibarət “Vüqar Həşimov” komandası İsveçin “Stockholms” kollektivi ilə qarşılaşıb. Görüş “Vüqar Həşimov” komandasının 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.Qadınlardan ibarət “Odlar Yurdu” komandası Ukraynanın “Blue & Yellow” klubunu 3:1 hesabı ilə məğlub edib.Qeyd edək ki, “Vüqar Həşimov” komandası ilk turda İngiltərənin “Şarks”, “Odlar Yurdu” isə Fransanın “Filidor” komandasına qalib gəlib.xeber100.com