“Zirə” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

12 Oktyabr 2022 10:15

Xəbər 425 dəfə oxunub

Bakının “Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib. Klubun saytı xəbər verir ki, Bakı təmsilçisi İssa İbrahim Cibrila ilə anlaşıb.İyirmi yeddi yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək.Qeyd edək ki, Niger millisinin də üzvü olan İssa İbrahim Cibrilanın son klubu Türkiyənin “Keçiörengücü” komandası olub.xeber100.com