Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib

15 Oktyabr 2022 12:43

Xəbər 329 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.“Sabah” evdə “Zirə”ni qəbul edib.“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Emmanuel Apeh vurub. 84-cü dəqiqədə qonaqlardan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Sabah” liderliyə yüksəlib. 16 xalı olan “Zirə” isə 4-cü sırada qalıb.Qeyd edək ki, turun əvvəlki iki oyununda “Şamaxı” evdə “Qəbələ” ilə 1:1 “Səbail” isə səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz”-“Neftçi” və “Qarabağ”-“Sumqayıt” matçları ilə yekun vurulacaq.