Azərbaycan Badminton Federasiyasının məlumatı əsasında…

20 Oktyabr 2022 14:19

Xəbər 341 dəfə oxunub

Avropa Badminton Konfederasiyası “Shuttle Time” layihəsi üzrə vebinar təşkil edib.Azərbaycan Badminton Federasiyasının saytı xəbər verir ki, vebinarda Avropa Badminton Konfederasiyasına üzv olan federasiyaların həmin layihə üzrə milli koordinatorları iştirak edib.Vebinarda ölkəmizin bu layihə üzrə uğurlu təcrübəsini bölüşmək üçün Azərbaycan Badminton Federasiyasının “Shuttle Time” üzrə milli koordinatoru Pərvin Piriyev dəvət olunub. O, iştirakçılara Azərbaycanda layihənin icrası haqqında ətraflı məlumat verib.Pərvin Piriyev qeyd edib ki, 2021-2022-ci illərdə layihə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Qusar şəhərlərini əhatə edib, 400-dən çox idman müəllimi eləcə də 400-dən çox şagird badminton haqqında məlumatlandırılıb. Bildirilib ki, yaxın zamanda bu layihənin Sabirabad, Şamaxı, Tovuz, Qax və Naxçıvanda da icrası nəzərdə tutulub.Vebinardan sonra Dünya Badminton Federasiyasının inkişaf üzrə koordinatoru Erica Khoo tərəfindən Azərbaycanda bu sahədə qısa müddətdə uğurlu nəticələr əldə olunduğu vurğulanıb.Daha sonra Pərvin Piriyev tərəfindən iştirakçıların sualları cavablandırılıb.Vebinar zamanı Azərbaycanla yanaşı İrlandiya və İsveçrənin milli koordinatorları da uğurlu təcrübələrini bölüşüblər.xeber100.com