“Qarabağ” – “Frayburq” oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb

28 Oktyabr 2022 14:45

Xəbər 375 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb.“Qarabağ”ın rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar.Qeyd edək ki, “Qarabağ” – “Frayburq” qarşılaşması noyabrın 3-də saat 21:45-də başlayacaq.xeber100.com