Yunan-Roma güləşi üzrə dünya kuboku yarışına çıxarılmış biletlərin 25 faizi satılıb

27 Oktyabr 2022 14:57

Xəbər 639 dəfə oxunub

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına çıxarılmış biletlərin 25 faizi satılıb.Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.Qeyd edib ki, hazırda satışda 1100 bilet var. Onlayn satışdan əlavə, şəhərin müxtəlif yerlərindəki satış nöqtələrindən də biletləri əldə etmək mümkündür. Bununla yanaşı, yarışlar davam edən günlərdə sarayın qarşısında da satış məntəqəsi fəaliyyət göstərəcək.Qeyd edək ki, dünya kuboku yarışı noyabrın 5-6-da təşkil olunacaq.xeber100.com