“Kəpəz” klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb

31 Oktyabr 2022 11:18

Xəbər 483 dəfə oxunub

Gəncənin “Kəpəz” klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.Peşəkar Futbol Liqası xəbər verir ki, bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyük hesablı ev qələbəsi kimi düşüb. Öz meydanında üç və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “Kəpəz” yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.Gəncə təmsilçisi bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0.Qeyd edək ki, “Kəpəz”in Gəncədəki ilk böyük hesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0.xeber100.com