Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib

30 Oktyabr 2022 14:37

Xəbər 368 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.Günün ikinci matçında “Sabah” “Qəbələ” ilə qarşılaşıb. “Bank Respublika Arena” baş tutan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar. Belə ki, qonaq komandadan beşinci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. Aleksey Kaşuk 63-cü dəqiqədə bərabərlik qolunu vurub. 90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.Beləliklə, 31 xala malik olan “Sabah” ikinci pillədə yer alıb, “Qəbələ” isə 17 xalla beşinci sırada qərarlaşıb.Xatırladaq ki, günün ilk matçında “Qarabağ” “Şamaxı”ya 4:0 hesabı ilə qalib gəlib.xeber100.com