Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində

30 Oktyabr 2022 14:40

Xəbər 353 dəfə oxunub

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib. Millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş qarşılaşmada 8:0 hesablı qələbə qazanıb. Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayılov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurublar.xeber100.com