Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə keçirilən respublika turnirinə yekun vurulub.8 Noyabr – Zəfər Gününə həsr olunan yarışa Bakı, Sumqayıt, Şəki və Şabran idmançıları qatılıblar.Sumqayıt şəhərindəki “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunan yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı iştirakçılar arasında keçirilib.İki gün davam edən yarışın nəticələrinə əsasən oğlanların turnirində mükafatlara Şabran təmsilçiləri layiq görülüblər.Vaqif Babayev birinci, Zərbah Muradov ikinci, Həsrət Kamilov ilə Yasin Zeyni üçüncü yeri tutublar.Final görüşündə Rüqəyya Qasımzadəni (Sumqayıt) məğlub edən Xədicə Babazadə (Şəki) qızlar arasında baş mükafata sahib çıxıb. Peykər Vəlizadə (Sumqayıt) ilə Sofiya Trofimenko (Sumqayıt) üçüncü yerdə qərarlaşıb.Turnirin mükafatçılarına Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…