Futbol üzrə İsveç çempionatında mövsümün qalibi müəyyənləşib

1 Noyabr 2022 15:33

Xəbər 337 dəfə oxunub

Futbol üzrə İsveç çempionatında mövsümün qalibi müəyyənləşib.“Hakken” sona bir tur qalmış “Höteborq”u 4:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.Komanda 29 turdan sonra 63 xal toplayıb. “Hakken”i 57 xalla “Yurqorden” izləyir. Üçüncü pillədə isə 53 xalı olan “Hammarbü” qərarlaşıb.Bu, “Hakken”in tarixində ilk çempionluğudur. 1940-cı ildə yaranmış klubun bundan əvvəl ən yaxşı nəticəsi 2012-ci ildə gümüş mükafat qazanması olub.xeber100.com