Yunan-Roma güləşi üzrə turnir başlayıb

30 İyul 2016 13:16

Xəbər 966 dəfə oxunub

Balakən Olimpiya İdman Kompleksində Əməkdar Məşqçi, SSRİ İdman ustası İsmayıl Çopsiyevin 70 illik yubileyinə həsr olunan yunan-Roma güləşi üzrə turnir başlayıb. Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Balakən rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2000-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparırlar. Turnirdə Azərbaycanın regionlarından 100-dən çox güləşçi birincilik uğrunda yarışır. Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 10 çəki dərəcəsində mübarizə aparırlar. Yarışın baş hakimi Qərib Əliyevdir.xeber100.com