Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub

1 Dekabr 2022 14:58

Xəbər 252 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. “Sabah” klubu bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb. Matç Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Tovuz şəhər stadionunda oynanılan görüş müdafiəçi Amin Seydiyev üçün əlamətdar olub.Bakı klubuna istinadla xəbər verir ki, “Sabah”ın heyətində 68-ci oyununu keçirən müdafiəçi bu göstərici ilə klubun tarixində mütləq rekordçu olub. Bundan əvvəl futbolçu “Sabah”ın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.Qeyd edək ki, A.Seydiyev “Sabah”ın heyətində yüksək liqada 64, ölkə kuboku yarışında isə 4 matç keçirib.xeber100.com