“Qəbələ” futbol klubu turnir cədvəlində dördüncü pilləyə yüksəlib

3 Dekabr 2022 10:23

Xəbər 515 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən görüşün 5-ci dəqiqəsində paytaxt klubunun futbolçusu Kizito Luvaqa hesabı açıb. Matçın 35-ci dəqiqəsində “Qəbələ”nin yarımmüdafiəçisi Feras Abu Akal hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.İkinci hissəyə daha fəal başlayan “Qəbələ” oyunun 65-ci dəqiqəsində hesabda önə keçib. Belə ki, Ülvi İsgəndərovun vurduğu qol matçın taleyini həll edib.Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com