Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnir davam edir. Turnirin üçüncü günündə 10 şahmatçı rapid turnirində gücünü sınayır. Yeddinci turda ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Avropa Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib. Ötən altı turun nəticəsinə görə, hesabında 10 xal olan N.Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. R.Məmmədov 9 xalla ikinci, V.Hao 8 xalla üçüncü, V.Pons isə 7 xalla dördüncüdür. R.Rapport, Ş.Məmmədyarov, A.Qədimbəyli və Q.Dommaracu 5 xalla 5-8-ci yerləri bölüşürlər. S.Şenklend 4 xalla doqquzuncu, A.Süleymanlı isə 2 xalla sonuncudur. Dekabrın 22-də blits yarışına start veriləcək. Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ən sponsorluğu ilə təşkil olunub. Bu memorial ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…