“Bavariya”nın futbolçusu ilin ən yaxşı oyunçusu seçilib

23 Dekabr 2022 10:50

Xəbər 474 dəfə oxunub

“Bavariya”nın futbolçusu Alfonso Deyvis Kanadada ilin ən yaxşı oyunçusu seçilib. Bu barədə Kanada Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Deyvis ölkəsində son 5 ildə 4-cü dəfə ilin futbolçusu olub. Qeyd edək ki, 22 yaşlı müdafiəçi bu il “Bavariya” ilə Bundesliqanı və Almaniya Superkubokunu qazanıb. O, Kanada yığması ilə Qətərdə təşkil olunan dünya çempionatında iştirak edib.xeber100.com