Azərbaycan Premyer Liqasının XVIII turunda iki qarşılaşma keçiriləcək

23 Dekabr 2022 10:57

Xəbər 254 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda iki qarşılaşma keçiriləcək. İlk oyun günündə “Neftçi” “Şamaxı”nı qəbul edəcək. Oyun saat 16:00-da “Bakcell Arena” baş tutacaq. Günün digər oyununda “Sabah” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. “Kapital Bank Arena” keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq. Qeyd edək ki, ilin son turunun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” oyunları dekabrın 24-də, “Zirə” – “Kəpəz” matçı isə dekabrın 25-də reallaşacaq.xeber100.com