Azərbaycan Premyer Liqasının XVIII turunda

26 Dekabr 2022 09:49

Xəbər 332 dəfə oxunub

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib. “Səbail”in kapitanının yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, o, Bakı klubuna qədər şərəfini qoruduğu “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası məğlub olub – 0:3.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003-2004-cü il mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçında (1:0) meydana çıxıb.

450 oyunda 34 qol vuran R.Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.xeber100.com