Fransa çempionatının XVI turu çərçivəsində

29 Dekabr 2022 11:21

Xəbər 336 dəfə oxunub

Fransa çempionatının XVI turu çərçivəsində “Monako” klubu səfərdə “Oster”ə 3:2 hesabı ilə qalib gəlib. “Monako”nun yarımmüdafiəçisi Eless Ben-Seqir Liqa 1-də debüt matçında dubla imza atıb. “Opta” nəşri xəbər verir ki, fransalı futbolçu 17 yaş 315 günlüyündə Fransa çempionatında dubl edən ikinci ən gənc oyunçu adına sahib olub. Qeyd edək ki, rekord Terri Anriyə məxsusdur. O, Fransa çempionatında 17 yaş 255 günlüyündə dubla imza atıb.xeber100.com