2022-ci il güləş hakimlərimiz üçün də uğurlu olub.
Azərbaycan Güləş Federasiyası xəbər verir ki, bir neçə referimiz beynəlxalq dərəcəsini yüksəldib. Cari il ərzində keçirilən yarışların, seminarların və imtahanların nəticələrinə əsasən, 4 referimiz beynəlxalq dərəcəsini artırıb. Vüqar Şükürov və Kamran Əliyev I kateqoriyaya yüksəliblər. Bununla da bu dərəcəyə sahib hakimlərimizin sayı 6-ya çatıb. Əli Babayev və Xəzər Allahverdiyev isə II kateqoriyaya sahib çıxıblar. Hazırda bu dərəcədə olan ədalət təmsilçilərimizin sayı 7-yə bərabərdir. Bundan başqa, daha iki hakimimiz beynəlxalq dərəcəli referi statusu alıb. İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Sevinc Yusibova ilə Firqət İbrahimov III kateqoriyalı beynəlxalq hakim ünvanına yiyələniblər.
Qeyd edək ki, S.Yusibova Azərbaycan güləş tarixinin ilk beynəlxalq dərəcəli qadın referisidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…