Azərbaycan Voleybol Federasiyasının məlumatı

9 Yanvar 2023 10:49

Xəbər 304 dəfə oxunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında bürünc medal qazanıblar. Azərbaycan Voleybol Federasiyasından bildiriblər ki, idmançıların formasını geyindiyi “Şenzen Jonqsay” Çin Liqasında üçüncü yeri tutub. Komanda üçüncülük uğrunda görüşdə “Fujian”la qarşılaşıb. İkioyunluq mübarizədə 3:2 və 3:1 hesabı ilə qalib gələn “Şenzen Jonqsay” klubu yarışın bürünc medalına sahib çıxıb.xeber100.com