Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib

23 Yanvar 2023 14:50

Xəbər 341 dəfə oxunub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Birinci dövrənin son oyunları yanvarın 24-də baş tutacaq. Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Çempionatın ilk derbisi saat 12:00-da başlanacaq. Üçüncü tura UNEC – “Abşeron” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.xeber100.com