Bakının “Sabah” klubu Premyer Liqada 150-ci qolunu vurub. Bu, “Neftçi” ilə qarşılaşmaya təsadüf edib.
Peşəkar Futbol Liqası xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIX turunda hesabı açan Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
Yüksək liqada 2018/2019-cu il mövsümündə debüt edən Bakı klubu “150”yə 123-cü matçında çatıb. 2:0 hesablı qələbə qazanan “Sabah”ın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakı təmsilçisi evdə 78, səfərdə 73 dəfə fərqlənib.
Qeyd edək ki, “Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…