“Yuventus” doğma meydanda “Montsa”ya 0:2 hesabı ilə məğlub olub

30 Yanvar 2023 14:28

Xəbər 354 dəfə oxunub

İtaliya A Seriyasının XX turunda “Yuventus” doğma meydanda “Montsa”ya 0:2 hesabı ilə məğlub olub. A Seriyasında cari mövsümdən mübarizə aparan “Montsa” bu qələbə ilə 93 il sonra ilkə imza atıb. Belə ki, komanda son 93 ildə Turin təmsilçisinə qarşı keçirdiyi ilk iki matçdan qələbə ilə ayrılan yeganə kollektivdir. Bunu sonuncu dəfə 1930-cu ildə “İnter” bacarmışdı.

Xatırladaq ki, “Yuventus” ilk dövrədə “Montsa”ya səfərdə də 0:1 hesabı ilə uduzmuşdu.xeber100.com