Milli Gimnastika Arenasında keçiriləcək dünya kuboku yarışları üçün heyət açıqlanıb

9 Fevral 2023 13:01

Xəbər 325 dəfə oxunub

Misir milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb. Yarışda üç misirli batutçu – Mələk Hamza, Xaled Hussein və Omar Zayed medallar uğrunda mübarizə aparacaq. Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir. Dünya kuboku yarışlarında ölkəmizi Selcan Mahsudova təmsil edəcək.xeber100.com