Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçirilib

14 Fevral 2023 14:51

Xəbər 307 dəfə oxunub

Azərbaycan Basketbol Liqasında XV turdan təxirə salınmış oyun keçirilib. “Sərhədçi” İdman Mərkəzində “Gəncə” “Olimpik Şəki” ilə qarşılaşıb. Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə tamamlanıb. Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (21 xal, 12 ribaund), “Olimpik Şəki”dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.xeber100.com