Basketbol üzrə Azərbaycan kuboku yarışları keçiriləcək

20 Fevral 2023 14:56

Xəbər 322 dəfə oxunub

Martın 21-26-da “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kuboku yarışları keçiriləcək.

Azərbaycan Basketbol Federasiyası xəbər verir ki, iki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək yarış dairəvi sistemi üzrə oynanılacaq. Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanacaqlar. Martın 26-da isə yarışın final oyunu keçiriləcək.

Qeyd edək ki, yarışın püşkatma mərasimi fevralın 21-də baş tutacaq və federasiyanın rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.xeber100.com