Azərbaycan Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib

18 Fevral 2023 14:44

Xəbər 406 dəfə oxunub

Fevralın 18-də Azərbaycan Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən ilk oyun “Sabah BK” və “Gəncə BK” basketbolçuları arasında olub. Oyunun birinci hissəsində “Sabah BK” qalib olsa da, gəncəlilər yekunda 81-76 hesabı ilə qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Sabah BK” (Entoni Patti – 17 xal, 10 ribaund), “Gəncə BK” (Cordan Endryus – 19 xal, 10 ribaund).

Günün ikinci oyununda paytaxt klubu “Neftçi İK”, region komandası “Olimpik Şəki BK” basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyü ələ alan paytaxt klubu yekunda 88-69 hesabı ilə qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: “Neftçi İK” (Yuri Kondrakov – 29 xal, 10 ribaund), “Olimpik Şəki BK” (Davante Kuper – 13 xal, 5 ribaund).

Qeyd edək ki, turun son oyunu fevralın 19-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK”- “Sərhədçi PİK” arasında keçiriləcək.xeber100.com