Voleybolçular arasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib

23 Fevral 2023 14:55

Xəbər 308 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib. Həmin oyunlar fevralın 25-də və 28-də keçiriləcək.

Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” – “Murov” qarşılaşması baş tutacaq. Oyun saat 15:00-da başlayacaq.

Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” – MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq. Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.xeber100.com