Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində “Xocalıya gedən yollar görünür” adlı tədbir keçirilib.
DSX-nin böyük akt zalında keçirilən tədbir Dövlət Sərhəd Xidməti Akademiyası və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir başlamadan öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəli sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Xocalı soyqırımının başvermə səbəbləri və nəticələri barədə tarixi faktlara əsaslanaraq fikirlərini çatdırıb və Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci qətiyyətli qayıdışından sonra bu soyqırımına siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli Azərbaycan Ordusunun fədakarlığı, Azərbaycan Prezidentinin sərkərdə məharəti, hücum diplomatiyası və dəmir yumruğunun qətiyyəti ilə qazanılan möhtəşəm Qələbədən iftixar hissi ilə bəhs edən A.Qurbani əminliklə vurğulayıb ki, Xocalı həsrətinə də tezliklə son qoyulacaq, yolumuzu gözləyən tarixi torpaqlarımız da düşmən işğalından azad ediləcək. Bunun üçün də hər bir vətəndaşımız, o cümlədən hər bir Vətən müdafiəçisi Azərbaycan uğrunda hər an Ali Baş Komandanın əmrlərinə hazır olmalıdır.
Akademiya rəisinin şəxsi heyət üzrə müavini polkovnik Tural Kərimli son 200 il ərzində Azərbaycan xalqına qarşı erməni millətçiləri və onların havadarları tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən ürək ağrısı ilə danışaraq erməni amilinin hər zaman çar Rusiyasının əlində siyasi alətə çevrildiyini xatırladıb.
Diqqətə çatdırılıb ki, 19-cu əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla, etnik təmizləmə və soyqırımı siyasətini həyata keçiriblər.
Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında Abdulla Qurbaninin “Xocalıya gedən yollar görünür” adlı rekviyem-tamaşası sərhədçi zabitlər və kursantlar tərəfindən maraqla qarşılanıb.
Əməkdar artistlərdən Səmayə Sadıxova, Hüsniyyə Mürvətova, Rafiq İbrahimov, Mahirə Yaqubova, Əfqan Sultanov, Aydın Əliyev, Şahzadə Babayeva, tanınmış aktyorlardan İlqar Musayev, İsmayıl Atakişiyev, Rəşad Kəsəmənli, Toğrul Rza, Ülviyyə Rza, Namiq Cavadov və başqalarının çıxışları tamaşaçılara duyğulu anlar yaşadaraq onların qələbə əzmini daha da artırıb.
Sonda DSX Akademiyası rəisinin adından Bakı Bələdiyyə Teatrına şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində xidmətlərinə görə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Sonda yaradıcı heyətlə akademiyanın müəllim, zabit və kursantları xatirə şəkilləri çəkdiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…