. Bu barədə federasiyadan məlumat verilib.
Bildirilib ki, federasiya “Heydər Əliyev İli”nə həsr olunan geniş tədbirlər planını təsdiqləyib. İl ərzində paytaxt Bakıda və digər şəhərlərdə Ulu Öndərə həsr olunan yerli və beynəlxalq turnirlər təşkil ediləcək. Silsilə tədbirlər sırasında Bakıda və digər regionlarda 100 lövhədə eyni anda seanslar, rapid yarışlar, tanınmış azəraycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər daxil edilib.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ölkədə fəaliyyət göstərən şahmat məktəblərinə qədim oyunla bağlı ləvazimatların təqdim olunmasına başlayıb. Artıq Quba və Bakının bir neçə məktəbinə müvafiq şahmat vəsaitləri hədiyyə olunub.
Azərbaycanda zəngin tarixə malik şahmatın inkişaf strategiyasının əsası ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb. Ulu Öndərin qayğısı və dəstəyi sayəsində dünya idmanına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və digər nəhəng şahmatçılar bəxş olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…