Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.
Azərbaycan Boks Federasiyası xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamızın 17 idmançısı Almatıda təlim-məşq toplanışına qatılacaq.
Hazırlıqda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov, Əzrək Bəbirov (hər ikisi 57 kq), Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər.
Toplanışa yığmamızla yanaşı, Qazaxıstan, Qırğızıstan və İngiltərə milliləri də qatılacaq. Ev sahibləri məşqdə 100-dən artıq boksçu ilə təmsil olunacaqlar. Bu gün start götürəcək hazırlıq martın 16-dək davam edəcək.
Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq məqsədi daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…