Azərbaycan Şahmat Federasiyası: Beynəlxalq şahmat turniri keçirilir

9 Mart 2023 14:17

Xəbər 330 dəfə oxunub

Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.

Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. Üç turdan sonra aktivində 3 xal olan Valentina Qunina turnir cədvəlinə başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür. Doqquz turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.xeber100.com