Futzal üzrə dünya çempionatının əsas mərhələsinə yekun vurulub

8 Mart 2023 14:21

Xəbər 309 dəfə oxunub

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinə yekun vurulub. Altı qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanıblar. Qrup ikincisi kimi mərhələ adlayan Azərbaycan millisi ilə yanaşı, elit raundda Xorvatiya, Fransa, Gürcüstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Ukrayna, İspaniya, Qazaxıstan və Ermənistan seçmələri mübarizə aparacaqlar. Bu mərhələnin püşkü iyulun 5-də atılacaq.xeber100.com