“Neftçi” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb

13 Mart 2023 15:58

Xəbər 238 dəfə oxunub

“Neftçi” futbol klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.

Peşəkar Futbol Liqası xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib. Bakı klubu səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib.

Paytaxt təmsilçisi ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Komanda evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.

Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan Ağdam təmsilçisi 505 dəfə rəqibini məğlub edib.xeber100.com