FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib

15 Mart 2023 12:37

Xəbər 270 dəfə oxunub

FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib. Çempionat 2025-ci ildən 32 komandanın iştirakı ilə keçiriləcək. Turnirdə UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi ölkənin 1 klubu iştirak edəcək.

Qeyd edək ki, indiyədək çempionat altı komandanın iştirakı ilə təşkil olunurdu. Bunlar beş kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisi idi.xeber100.com