UEFA Konfrans Liqasında final mərhələsinin cavab matçlarına start veriləcək

15 Mart 2023 12:39

Xəbər 339 dəfə oxunub

Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. “Başakşehir” klubu Türkiyədə Belçikanın “Gent” komandasını qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.xeber100.com