“Mançester Siti” futbol klubu futbolçusu ilə yeni müqavilə imzalayıb

17 Mart 2023 13:35

Xəbər 367 dəfə oxunub

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Xulian Alvareslə yeni müqavilə imzalayıb. Klub xəbər verir ki, argentinalı hücumçunun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, ötən ildən Mançester təmsilçisində çıxış edən 23 yaşlı forvard Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu olub.xeber100.com