Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında beynəlxalq “Masters” turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik ediblər.
Turnirdə Nicat Şirinov (60 kq) və Qadir Hüseynov (73 kq) qızıl, Aydın Rzayev (66 kq) gümüş, Əli Hacıyev (60 kq) isə bürünc medal qazanıblar.
Məmmədrza Hacızadə (81 kq) yarışı beşinci, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq) və Məhəmməd Məhəmmədzadə (+100 kq) yeddinci yerdə başa vurublar.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, idmançılarımız martın 27-29-da Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…