Voleybol üzrə yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib

31 Mart 2023 14:20

Xəbər 526 dəfə oxunub

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək. Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.

Aprelin 5-də “Murov” – “Abşeron”, UNEC – “Azərreyl”, ertəsi gün isə “Neftçi” – “Xarı bülbül” və MOİK – “Murov” görüşləri keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.xeber100.com