Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.
Voleybol Mərkəzində təşkil olunan yarımfinalın ilk oyunları çərçivəsində “Murov”la MOİK, “Xarı bülbül” komandası ilə “Neftçi”qarşılaşıb.
Günün ilk matçı “Murov” və MOİK komandaları arasında olub. Görüş “Murov”un 25:20 hesablı üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası rəqibindən üstün oyun göstərərək sonrakı hissələrdə də (25:18, 25:14) qalib gəlib. Beləliklə “Murov” yarımfinalda ilk qələbəsini qazanıb – 3:0.
Günün digər qarşılaşmasında “Xarı bülbül”lə “Neftçi” üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan “Xarı bülbül” ilk iki seti 25:22 və 25:17 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Növbəti hissədə “Neftçi” 25:21 hesablı qələbə ilə ümumi hesabı azalda bilib. Lakin təşəbbüsü yenidən ələ alan Şuşa təmsilçisi 25:19 hesabı ilə qalib gələrək meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…